Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarında riyaziyyat elmləri doktoru Vüqar İsmayılov “Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda məruzə ilə çıxış edib


23 iyun 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d., Vüqar Elman oğlu İsmayılov Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə kompakt Hausdorff fəzasında təyin olunmuş kəsilməz funksiyanın iki cəbr cəminin elementləri ilə yaxınlaşma məsələsinə baxılmış və bu məsələdə yaxınlaşma xətasının hesablanması üçün Diliberto-Straus alqoritmi haqqında söhbət açılmışdır. Müəyyən şərtlər daxilində Diliberto-Straus alqoritminin yaxınlaşma xətasına yığılan olduğu göstərilmişdir. Vüqar İsmayılov r.e.d.  Rəşid Əliyev, r.e.d. Rövşən Bəndəliyev, f.-r.e.d. Fərman Məmmədov tərəfindən verilən sualları ətraflı cavablandırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər