05/10/2021
Riyaziyyat və Mexanika İnstitutunun İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin və “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Mediterranean Journal of Mathematics” (https://www.springer.com/journal/9) 1.400 yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda dərc edilib.
“Metrik fəzalarda dəyişən dərəcəli Morri fəzalarında predkompakt çoxluqlar” adlı məqalədə metrik fəzada və məhdud çoxluqda dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluq ailəsinin predkompakt olması üçün zəruri və kafi şərtlər tapılmışdır. Dəyişən dərəcəli Lebeq fəzasından fərqli olaraq dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluğun predkompakt olması əlavə şərtlərin qoyulmasını tələb edir. Bu xarakteristika həm də sabit dərəcə halında yenidir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s00009-021-01828-z
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.