Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


20 oktyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilikkeçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə borudakı qaz axını ilə mühit arasındakı istilik mübadiləsi prosesi nəzərə alınmaqla, lay-quyu sistemində qeyri-stasionar qaz hərəkətinin modeli qurulur və sərhəd məsələlərinin həlli verilir. Birinci yaxınlaşmada qazın reoloji xüsusiyyətlərinin temperaturdan asılı olaraq dəyişməsinin hərəkət dinamikasına təsiri müəyyən edilir. Sistemin parametrlərindən asılı olaraq quyunun dibindəki təzyiqin dinamikasını və layın məhsuldarlığını təyin etməyə imkan verən analitik düsturlar əldə edilmişdir.

İclasa qoşulmaq üçün

https://us04web.zoom.us/j/72433424116?pwd=Y3QwY1E3aldBUHlabzh3ZmVXOW12dz09

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 724 3342 4116

Parol: id6k2E

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər