Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi sıçrayış: Həkimlər ilk dəfə iflic insanın düşüncələrini oxuya bildilər


Tibb tarixində ilk dəfə elm adamları danışmaq qabiliyyətini itirən iflic xəstəsinin beyin dalğalarından istifadə edərək nə demək istədiklərini kompüter ekranında cümlələrə çevirib.

Bu barədə “The New England Journal of Medicine” (NEJM) jurnalında elm adamlarının məqaləsi dərc olunub.

Bildirilir ki, pasiyent 15 il əvvəl insult keçirmiş, nəticədə iflic olan və danışmaq qabiliyyətini itirən 30 yaşlarında kişi olub. Həkimlər onun beynində nitqi idarə edən sahəyə elektrodlar yerləşdiriblər. Kompyuter pasiyentin  tələffüz etməyə çalışdığı ümumi sözləri analiz edib. Nəticədə kişi 50-dən çox söz ayırd edə bilib ki, bunlardan mindən çox cümlə qurmaq olar.

Mütəxəssislər araşdırmanın xəstəlik səbəbiylə danışa bilməyən insanların ünsiyyət qurmasına imkan yaratma yolunda əhəmiyyətli addım olduğunu söyləyirlər. Bununla belə texnologiyanı mükəmməlləşdirmək üçün illərin zəhməti lazımdır.

www.medargo.ru

Faydalı linklər