29/10/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 29 oktyabr 2021-ci il tarixli iclasında saat 1400 -da Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin bəzi məsələləri və onların tətbiqləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.
İclası Elmi şuranın sədri AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov açaraq sözu Miqdad İsmayılova vermişdir. Miqdad İsmayılov dissertasiyanın əhatə etdiyi mözular və işdə alınmış əsas nəticələr haqqında məlumat verdikdən sonra rəsmi opponentlər f-r.e.d., prof. Nizaməddin İsgəndərov, f.-r.e.d., prof. Alik Nəcəfov, r.e.d., dos. Telman Qasımov, r.e.d., dos. Mübariz Hacıbəyov və dissertasiya işinin avtoreferatına rəyçilər f-r.e.d., prof. Həmidulla Aslanov, f-r.e.d., prof. Vəli Qurbanov, f-r.e.d., prof. Əli Əhmədov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, f.-r.e.d., prof. Məmməd Bayramoğlu, r.e.d. Telman Qasımov, r.e.d., prof. Rövşən Bəndəliyev iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.
Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.