08/12/2014
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik Akif Hacıyev açıq elan edib. O, tədbir iştirakçılarına Mirabbas Qasımovun həyat və fəaliyyəti haqqında məlumat verib, xatirələrini bölüşüb. Daha sonra M.Qasımovun tələbələri olmuş professor Sabir Mirzəyev və Hidayət Hüseynov müəllimləri ilə bağlı xoş xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Onlar M. Qasımovun riyaziyyat elminə verdiyi tövhələrdən danışıblar.
Konfrans məruzələrlə davam etdirilib. Konfransın bağlanış mərasimi dekabrın 10-da keçiriləcək.
Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, İsrail, İtaliya, İspaniya, Qazaxıstan və Böyük Britaniyadan gələn alimlər də iştirak edir. Onlar 3 gün ərzində tədbirdə məruzə ilə çıxış edəcəklər.