Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik dissertasiya şurasının 05 noyabr 2021-ci il tarixində saat 14:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

İclası Elmi şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov açaraq sözü Pərviz Müseyibliyə vermişdir. Pərviz Müseyibli dissertasiyanın əhatə etdiyi mövzular və işdə alınmış əsas nəticələr haqqında məlumat verdikdən sonra  rəsmi opponentlər AMEA – nın müxbir üzvü, t.e.d., prof.  Qərib Calalov, f.-r.e.d., prof. Asəf Zamanov, f-r.e.n., dos. Müsrəddin Tağıyev və dissertasiya işinin avtoreferatına rəyçilər f-r.e.n., dos. Yusif Sevdimalıyev, r.e.d., prof Natiq Əhmədov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi rəhbəri AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov, f.-r.e.d., prof. Lətif Talıblı, r.e.d., prof. Rövşən Bəndəliyev iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər