Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


24 noyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Deformasiya olunan bərk cism mexanikası” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “İrsi xassəli cismlərin vibrasiya yüklənmələrində möhkəmlik nəzəriyyəsinin qurulmasının bir mümkün halı” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Cismin vibrasiya yüklənmələrində yüklənmənin tezliyini, maksimal səviyyəsini, maksimal və minimal səviyyələrinin fərqini xarakterizə edənüç funksional daxil edilir. Bu funksionallardan istifadə edilməklə irsi xassəli cisimlərin vibrasiya yüklənmələrində dağılmasını ifadə edən kinetik tənlik qurulur. Dağılma vaxtını təyin etməyə imkan verən riyazi şərt alınır.

İclasa qoşulmaq üçün

https://us04web.zoom.us/j/2772952748

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 277 295 2748

Parol: amea2021

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər