Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutu və Federal Dövlət Büdcə Tədris Müəssisəsi olan “Akademik Petrovski İ.Q. adına Bryansk Dövlət Universiteti” arasında əməkdaşlığa dair müqavilə imzalanıb


Azərbaycan Milli Elmlər Akademiyasının İnstitut və təşkilatlarının beynəlxalq əməkdaşlıq təcrübəsində, elmi-texniki tədqiqatların qarşılıqlı koordinasiyası, birgə elmi-tədqiqat işləri, elmi-informasiya, elmi dövri nəşrlərin və materialların mübadiləsi, mütəxəssislərin qarşılıqlı elmi ezamiyyətləri, innovasiya texnologiyalarının mübadiləsi, beynəlxalq və regional təşkilatların elmi-texniki proqramlara yardımı xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan “Cəbr və Məntiq” şöbəsinin baş elmi işçisi prof. Ramiz Aslanovun beynəlxalq konfransda iştirakı və universitet rəhbərliyi ilə apardığı danışıqlar təşkilatlarımız arasında sıx elmi əlaqələrin qurulması müstəvisindədir. Konfrans zamanı keçirtdiyi fikir mübadiləsi əsnasında, təşkilatların rəhbərliyi –  İnstitutun direktoru AMEA-nın müxbir üzvü, prof. Misir Mardanov və Akademik Petrovski İ.Q. adına Bryansk Dövlət Universitetin rektoru prof. A.V. Antyuxov tərəfindən elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Əməkdaşlığın nəticəsi olaraq Azərbaycan alimlərinin nailiyyətlərinin nüfuzlu elmi meydançalarda populyarlaşdırılması, bu isə iki ölkədə həyata keçirilən tədqiqat və layihələrin daha yüksək səviyyəyə qaldırılmasına imkan verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər