Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar


Kimyaterapiya xərçəng xəstəliyinin bir çox növünü uğurla müalicə etməyə imkan verir. Dərman preparatlarının birbaşa xərçəng hüceyrələrinə çatdırılması öz növbəsində kimyaterapiyanın orqanizmə yüklənmə səviyyəsini aşağı sala bilərdi. Çinli alimlər  apardıqları bu yeni təcrübənin nəticələrini təqdim ediblər. Həmin təcrübələr çərçivəsində onlar orqanizmin lazımi yerlərinə dərmanların mikroskopik miqdarlarını çatdıra bilən mikrobotlar yaradıblar. Kiçik obyektlərlə qarşılıqlı əlaqədə ola bilən 100 mikrometr ölçülü robotlar əvvəllər də yaradılıb. Lakin həmin robotlar lazımi yerdə dərman preparatının aktivləşdirilməsi kimi qəliz tapşırıqların yerinə yetirilməsi üçün formalarını dəyişə bilmirdilər.

Jiawen Li, Li Zhang, Dong Wu adlı mütəxəssislər və onların həmkarları kiçik balıqlar, yengəclər və kəpənəklər formasında robotlar yarada biliblər. Hazırlanmış robotlar dərman preparatlarını xərçəng şişlərinə çatdırmağı və onları lazımi yerlərdə aktivləşdirməyi bacarırlar. Mütəxəssislər sözügedən robotları hidrogeldən yaradıblar. Hidrogel isə mühitin turşuluq səviyyəsindən asılı olaraq öz formasını dəyişə bilir. Mütəxəssislər hidrogeli yüksək miqdarda dəmir oksidə sahib məhlula yerləşdirərək onu maqnitə qarşı həssas ediblər.

Bu isə öz növbəsində robotları damar daxilində yönləndirməyə imkan verir. İmitasiya edilmiş damarlar üzərində aparılmış testlər onu göstərib ki, Petri qabındakı xərçəng hüceyrələrinə çatandan sonra hidrogeldən hazırlanmış kiçik balıq formalı robot fərqli turşuluq səviyyəsinə sahib mühitə düşüb. Bu isə öz növbəsində robotun ağız hissəsinin açılmasına və orda yerləşmiş dərman preparatının aktivləşməsinə gətirib çıxardıb.

Bu təcrübənin sübutu artıq reallaşdırılmış olsa da, mikrobotların ölçülərini daha da kiçiltmək lazımdır. Əks halda onlar əsl damarların daxillərində hərəkət edə bilməyəcəklər. Onların hərəkətlərini izləmək üçün isə əlavə üsul yaratmaq vacibdir.

https://news.ru/

Faydalı linklər