Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov məruzə edib


Dekabrın 10-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında İsrailin Təl-Əviv Universitetinin professoru Yakov Yakubov «Hilbert və Banax fəzalarında elliptik diferensial-operator məsələləri üzrə son tədqiqatlar» mövzusunda məruzə edib.

Məruzədə Hilbert və Banax fəzalarında ikinci, dördüncü və daha yüksək tərtibli elliptik differensial operator tənlikləri üçün sərhəd məsələləri üzrə son nəticələr təqdim edilib. İzomorfizm haqqında nəticələr, həllərin qiymətləndirilməsi, spektrin diskretliyi və köklü vektorlar sisteminin tamlığı alınmışdır. Tətbiqi nöqteyi nəzərdən maraqlı ola biləcək bir konkret abstrakt məsələ də nəzərdən keçirilib.

Faydalı linklər