Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb


2021/2022-ci tədris ilində “Riyazi analiz”, “Diferensial tənliklər”,  Optimallaşdırma və optimal idarəetmə”,  “Maye, qaz və plazama mexanikası” və “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə  I kursda təhsil alan 9 magistrant və II kursda təhsil alan 6 magistrant imtahanlara buraxılıb.

İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. 05.01.2022, 06.01.2022 tarixlərində  “Maye, qaz və plazma mexanikası”, “Riyazi analiz”, “Diferensial tənliklər” ixtisasları üzrə “Çoxfazalı sistem mexanikası” , “Bərk və mayə muhitlərdə rəqslər və dalğaların yayılması”(II kurs) və  “Riyaziyyatın müasir problemləri”  (I kurs) fənlərindən imtahanlar keçirilmişdir.

Keçirilmiş hər üç imtahan uğurla başa çatıb.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 10, 11, 13, 14, 17, 18, 21, 24, 25, 28 və 31-i tarixilərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər