08/01/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik dissertasiya şurasının 07 yanvar 2022-ci il tarixində saat 14:00-da Gülşən Ağasəf qızı Axundovanın “Qaz-maye mühitinin mexanika metodlarının bəzi gəmiçilik məsələlərinin həllinə tətbiqi” mövzusunda 2003.01-“Maye, qaz və plazma mexanikası” ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.
İclası Elmi şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov açaraq sözü Gülşən Axundovaya vermişdir. Gülşən Axundova dissertasiyanın əhatə etdiyi mövzular və işdə alınmış əsas nəticələr haqqında məlumat verdikdən sonra rəsmi opponentlər AMEA-nın müxbir üzvü, t.e.d. Qelani Pənahov, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Ramiz Qurbanov və f.r.e.n., dos. Məmməd Aslanov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi rəhbəri f.-r.e.d., prof Faiq Nağıyev, f.-r.e.d., prof. Qabil Əliyev, t.e.d., prof. Yusif Həsənov iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar. Sonda keçirilən gizli səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.