Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mexanika elmləri doktoru Elxan Abbasov “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda m.e.d. Elxan Abbasov  “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda məruzə etdi.

İşdə lay-quyu sistemində laya isti mayenin vurulmasının qeyri-stasionar istilik mübadiləsi prosesinin modeli qurulmuş və sərhəd məsələsinin həlli verilmişdir. Quyu lüləsində istilik itkisi və laya vurulan mayenin temperatur sahəsi müəyyən edilmişdir. Göstərilmişdir ki, vurulan istilik layda kiçik bir zonaya yayıla bilir. Alınmış analitik ifadələrdən istifadə etməklə sistem parametrlərinin praktiki qiymətləri üçün ədədi hesablamalar aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər