24/01/2022
Yer kürəsinin 2 milyard sakini Himalay dağlarının buzlaqlarından asılıdır və yaxın gələcəkdə həmin insanlar içməli sudan məhrum ola bilərlər. Əsas səbəb isə Himalay buzlaqlarının sürətlə əriməsidir. Himalay dağlarının buzlaqları 700 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq son 40 il ərzində 10 dəfə daha sürətlə əriyirlər. Tədqiqatçılar əmindirlər ki, bunun əsas səbəbi iqlim dəyişiklikləridir. Himalay dağları 2500 km sahəni əhatə edirlər və 32.000 ədəd buzlağa sahibdirlər. Dünyanın ən çox buzlu və qarlı digər regionları Antarktida ilə Arktikadır. Lakin Antarktik buzlaqlardan fərqli olaraq Himalay buzlaqları vacib çay sistemlərini qidalandırırlar və birbaşa və ya dolayı yolla milyonlarla yerli sakinin həyatlarını təmin edirlər. Planetin digər hissələrində olduğu kimi Himalay buzlaqları da il ərzində artan temperatur göstəricisi səbəbilə əriyirlər. Lakin görünür, Himalay buzlaqları digər regionlardan fərqli olaraq illik temperatur artımından daha ciddi təsir görürlər.
Alimlərin yeni tədqiqatlarına əsasən Himalay dağlarının buz örtükləri son onilliklərdə öz buz ehtiyatlarını 10 dəfə daha sürətlə itirməyə başlayıblar. Alimlər bunu qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Alimlər Himalay dağlarının 14.798 ədəd buzlağının ölçülərini və səthlərini Kiçik Buz Dövrünə əsasən modelləşdiriblər. Qeyd etmək lazımdır ki, Kiçik Buz Dövrü Yer kürəsində 14-19-cu əsrlərdə baş verib. Beləliklə alimlərin qiymətləndirmələrinə əsasən Himalay buzlaqlarının sahəsi həmin vaxtdan 40% kiçilib. Sözügedən buzlaqların sahəsi 20-ci əsrin əvvəllərindən 28.000 kvadrat kilmetrdən 2021-ci ildə 19.600 kvadrat kilometrə kiçilib. Bu müddət ərizndə Himalay buzlaqları 390-586 kub kilometr buz ehtiyatı itiriblər.
Bütün bu ərimiş buzlar isə dünya okeanı səviyyəsini 0.92-1.38 mm yüksəldiblər. Himalay dağlarını əhatə edən Asiya regionu sakinləri nəticədə fərqli məhvedici təbiət hadisələri ilə qarşılaşıblar. Bura həmçinin yağış sezonunun dəyişilməsi, əkin sahələrindəki məhsuldarlığın aşağı düşməsi və su elektrik stansiyalar vasitəsilə elektrik enerjisinin istehsalındakı problemlər də daxildirlər. Peyk fotolarının analizi onu göstərib ki, buzlaqlar daha sürətlə Himalay dağlarının şərq hissəsində əriyirlər. Bu, dağ silsiləsinin coğrafi xüsusiyyətlərinin fərqliliyi və onun atmosfer ilə qarşılıqlı əlaqəsi səbəbilə baş verir. Bundan əlavə olaraq təyin edilib ki, göllər ilə sərhəddə olan buzlaqlar daha aktiv şəkildə əriyirlər.
https://zen.yandex.ru/