Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Rzayev Ramin “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda məruzə edib


26 yanvar 2022-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında  AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə elmlər doktoru, professor Ramin Rza oğlu Rzayev “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə təhsil xidmətlərinin marketinq fəzasının və əmək bazarında universitetin rəqabət mövqeyinin qiymətləndirilməsi məqsədilə qeyri-səlis çıxarış sisteminə əsaslanan qeyri-səlis modellər işlənilmişdir. Aparılan tədqiqatlar çərçivəsində universitetlərin rəqabətlilik səviyyələrinə görə ranqlaşdırılması üçün reytinq sisteminin işlənməsinə dair neural-fuzzy yanaşma təklif edilmiş və sınaqdan keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər