Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda Ümuminstitut seminarı keçirilib


Dekabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Hilbertin 13-cü problemi və neyron şəbəkələr” mövzusunda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri f.r.e.n. Vüqar İsmayılov məruzə edib.
Məruzədə Hilbertin 13-cü problemi, onun V.İ.Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, Kolmoqorov superpozisiya teoremindən sonra yaranmış xətti superpozisiyalar nəzəriyyəsinin bəzi vacib nəticələri haqqında danışılıb. Daha sonra birqat və ikiqat gizli laya malik neyron şəbəkələrin riyazi modellərinin tərifi verilib və bu cür şəbəkələrlə yaxınlaşmalara aid bəzi nəticələr nəzərdən keçirilib.
Kolmoqorov superpozisiya teoreminin köməyi ilə ikiqat gizli laya malik neyron şəbəkələrin istənilən çoxdəyişənli funksiyanı approksimasiya edə bilməsi haqqında məruzəçinin aldığı bir nəticə təhlil edilib.