18/12/2014
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib. Iclasda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnstitutun doktoranturasını bitirən tələbələr haqqında şura üzvlərinə məlumaat verilib. Daha sonra doktorant və dissertantların attestasiyası keçirilib.
Şuranın iclasında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri dos. Əli Babayev ezamiyyəti haqqında hesabat verib.
İclasda elmi şura üzvləri institutun 2015-ci il üçün prioritet fəaliyyət istiqamətlərini müzakirə ediblər.