Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi Tamilla Həsənovanı 70 yaşı münasibətilə təbrik edirik!


AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, f-r.e.n, dos.Tamilla Həsənovanın 70 yaşı tamam olur.

Tamilla Xavərən qızı Həsənova 1976-cı ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1970-ci ildə Azərbaycan EA-nın aspirantura və kadrlar şöbəsində kargüzar vəzifəsində çalışmışdır. 1970-1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin metodist, 1972-ci ildən AEA Riyaziyyat və Mexnaika İnstitutunda laborant, böyük laborant, aspirantura şöbəsinin müdiri, aparıcı elmi işçi, 1981-ci ildən hal-hazıra kimi İnstitutun elmi katibidir.

1980-1995-ci illərdə “Riyaziyyat” üzrə Koordinasiya şurasının elmi katibi vəzifəsində çalışmışdır.

1991-ci ildə Riyazi analiz ixtisası üzrə namizədlik dissertasiya işini akad. Akif Hacıyevin rəhbərliyi altında müdafiə etmiş, 1992-ci ildə dosent elmi adına layiq görülmüşdür.

2005-ci ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin, 1993-2021-ci illərdə dissertasiya şurasının elmi katibi və Qadınlar Şurasının sədri olmuşdur.

1990-cı ildə «Əmək veteranı» medalı, 2002-ci ildə АМЕА-nın «Fəxri fərmanı» və 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Hal-hazırda 66 elmi işin, o cümlədən 1 kitabın müəllifidir. “Abstracts of Mathematics: selected topics” (F.Q.Maqsudov, R.Sədirxanov, T.S.Hacıyev 1991 317 s.) adlı kitabın texniki redaktorudur.

İnstitutun kollektivi Tamilla xanımı 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər