Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


23.02.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dosent İbrahimov Elman «Qeqenbauer kəsr maksimal operatorunun və onun kommutatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu» mövzusunda məruzə edəcəkdir.

Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal operatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu öyrənilir. Bundan əlavə ümumiləşmiş Qeqenbauer-Morri fəzasında kəsr maksimal operatorun k-tərtibli kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt  verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər