Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


24.12.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rövşən Əlifağa oğlu Bəndəliyev “Dəyişən dərəcəli Lebeq fəzasının bəzi xassələri” mövzusunda məruzə edəcəkdir.
Məruzə klassik Lebeq fəzalarının ümumiləşməsi olan dəyişən dərəcəli Lebeq fəzalarının müəyyən struktur xassələrinə həsr olunmuşdur. Məruzə icmal xarakterlidir və çıxışda bu fəzalar ilə bağlı müəyyən nəticələr şərh olunacaq. Məruzədə məsələnin əhəmiyyəti və bu məsələnin öyrənilməsi ilə bağlı yaranan çətinliklər barədə məlumat veriləcəkdir.