23/02/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dosent İbrahimov Elman «Qeqenbauer kəsr maksimal operatorunun və onun kommutatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu» mövzusunda məruzə etdi.
Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal operatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu öyrənilir. Bundan əlavə ümumiləşmiş Qeqenbauer-Morri fəzasında kəsr maksimal operatorun k-tərtibli kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.