16/03/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Rəsulova Nazilə “H.A.Raxmatulinin çevik rabitələrə eninə zərbə nəzəriyyəsinin əsasları” mövzusunda məruzə etdi.
Məsələdə bu nəzəriyyənin əsas hərəkət tənliklərinin sonlu yerdəyişmə qeyri-xətti reoloji asılılıq üçün çıxarılışı təqdim edilir və bəzi xüsusi məsələlər həll edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.