Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda BDU-nin Mexanika-Riyaziyyat fakültəsindəməruzə


AMEA-nın müxbir üzvü AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası”  şöbəsinin müdiri Qeylani Pənahov “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda Bakı Dövlət Universitetinin «Mexanika-Riyaziyyat» fakültəsində elmi seminarında məruzə ilə çıxış etmişdir.

Çıxışda karbohidrogenlərin axın və süzülmələrində yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, bu istiqamətlərdə effektivliyi artırmaq üçün yaradılan yeni innovativ texnologiyalar təklif olunaraq, onların müəyyən sənaye obyektlərində tətbiq olunma sahələrinin coğrafiyası verilir.

Seminarda fakültənin aparıcı alimləri iştirak etdilər və məruzə onların böyük marağına səbəb oldu. Professorlar Ziyatxan Əliyev, Vaqif Ibrahimov, Arif Səlimov, dosentlər Yusif Sevdimalıyev, Şirmayıl Bağırov onları maraqlandıran məqamlarla bağlı suallar verdilər və verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər