Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional Analiz” şöbəsinin r.e.d., professor Nigar Məhər qızı Aslanova «Dördüncü tərtib diferensial operator tənlik üçün sərhəd məsələləri barədə» mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Funksional Analiz” şöbəsinin r.e.d., professor Nigar Məhər qızı Aslanova «Dördüncü tərtib diferensial operator tənlik üçün sərhəd məsələləri barədə» mövzusunda məruzə etdi.

Məruzədə dördüncü tərtib diferensial operator ifadə ilə doğrulmuş minimal operatorun fəzadan çıxmaqla öz-özünə qoşma genişlənmələrinin təyin oblastları verilir, diskret və ya kəsilməz və rezolventi sinfindən olan genişlənmələrin varlığı üçün zəruri və kafi şərtlər öyrənilir. Təmiz diskret spektrə malik genişlənmənin məxsusi ədədlərinin asimptotikası verilir və requlyarlaşdırılmış izlərinin  hesablanması üçün yeni və daha ümumi üsul təklif.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər