Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alim COVID-19 səbəbi ilə insanların sürətlə qocalması barədə xəbərdarlıq etdi


Molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışıb.

Bioloq bildirib ki, əgər peyvənd olunmamısınız  və COVID-19-a yoluxmusunuzsa, növbəti on ildə sağlamlıqla bağlı keçirməli olduğunuz bütün problemləri tez bir zamanda  hiss edəcəksiniz.  Bu, müəyyən mənada çox sürətli qocalmağa bənzəyir. Mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə bənzəsə də, ondan sağalmaq olar.

“COVID-19 və postkovid dövründə insan özünü pis hiss edir, lakin sonra hər şey az-çox normal bioloji yaşa qayıdır. Hələ bunu söyləmək tezdir, amma inanmaq üçün əsas var ki, əgər sağalmağı bacarsanız, o zaman sürətlənmiş qocalma prosesi əksinə gedəcək”, – ekspert vurğulayıb.

iz.ru

Faydalı linklər