Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər bəşəriyyətin Kardaşev şkalası ilə I tip sivilizasiyaya nə zaman  çatacağını hesablayıblar


1964-cü ildə sovet astrofiziki Nikolay Kardaşev insanların istənilən vaxt istifadə etdiyi enerjinin miqdarını hesablayaraq bəşər sivilizasiyasının tərəqqisini ölçməyi təklif edən şkala təqdim edib.    Kaliforniya Texnologiya İnstitutunun alimləri öz yeni elmi işlərində bizim sivilizasiyanın Kardaşev şkalası üzrə I tip sivilizasiyaya uyğun gələn texnoloji inkişaf səviyyəsinə çatıb-çatmayacağını öyrənməyə çalışıblar. İnsan sivilizasiyasının inkişaf səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bizim nə qədər enerji istehlak etmə bacarığımıza əsaslanır. Əgər enerji istehlakını bizim ən faydalı bacarıqlarımızdan biri kimi qəbul etsək, o zaman kainatdakı digər sivilizasiyaların da həmin bacarıqlara sahib olduqlarını güman etmək olar. Bu isə öz növbəsində sivilizasiya tərəfindən enerji istehlakının onun texnoloji inkişaf səviyyəsini təyin edən göstəricidir. Kardaşev şkalası da məhz bu prinsipə əsaslanır. Öz şkalasında Kardaşev sivilizasiyaları 3 tipə bölüb:  planetar, ulduz və qalaktik.

1 tip sivilizasiya öz planetinə doğma ulduzundan gələn enerji miqdarına bərabər olan miqdarda enerji istehlak etməyi bacarır, II tip sivilizasiya öz ulduzunun bütün enerjisini istifadə edə bilir, III tip sivilizasiya  elə bir inkişaf səviyyəsinə çatıb ki, o, öz doğma qalaktikasının bütün enerjisindən istifadə edə bilir.

Alimlər qeyd ediblər ki, insanların böyük miqdarda enerjidən istifadə etmələrinə baxmayaraq, biz hətta I tip sivilizasiyaya da daxil deyilik.  Yer kürəsinə təqribi olaraq 10 üstü 16 vatt həcmində Günəş enerjisi gəlib çatır. Lakin bizim sivilizasiya onun 10 üstü 13 vatt həcmini istifadə edir. Saqan sürüşmə şkalasına görə bu, təxminən 0,73 çatır.Buna görə də alimlər özlərinə belə bir sual veriblər: Ümumiyyətlə biz Kardaşev şkalası üzrə I tip sivilizasiya səviyyəsinə çata bilərikmi? Alimlərin gəldiyi qənaətə  əsasən  enerji istehlakının lazımi səviyyəsinə həmin enerjinin Yer kürəsində prioritetli istehsalı vasitəsilə çatmaq olar. Çünki bütün Günəş enerjisini əldə etmək və eyni zamanda Yer kürəsini həyat üçün münbit şəraitdə saxlamaq isə  mümkün deyil. Aparılmış tədqiqatlar çərçivəsində alimlər 3 əsas enerji mənbəyini araşdırıblar: qalıq yanacaq növündən əldə edilən enerji, atom elektrostansiyalarından əldə edilən enerji, bərpa olunan enerji mənbələri. Hər bir enerji mənbəyinin öz məhdudiyyətləri var. Qalıq yanacaqların həddindən artıq istifadəsi isə elə iqlim dəyişikliklərinə gətirib çıxara bilər ki, bəşəriyyət sağ qala bilməz.

Bununla belə alimlər iddia edirlər ki, iqlim dəyişikliklərindən yan keçmək yolunda Yer kürəsindəki enerji mənbələrindən düzgün istifadə sayəsində I tip sivilizasiya səviyyəsinə çatmaq olar. Lakin bu, 2371-ci ildən tez baş verməyəcək.

https://habr.com/ru/news/t/662409/

Faydalı linklər