Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


04 may 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif  Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin dəqiq həll metodu” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin məruzəçi tərəfindən yaradılan səmərəli həll metodu təqdim ediləcəkdir. ABŞ alimləri Y.Peng və D.Zhou tərəfindən bu metodla həll edilən və uyğun istinadla “Jounal of Computations and Modelling, 2012, vol. 12, №4. P.51-74” jurnalında dərc edilən “Topalaşmış qüvvə təsiri altında özlüelastik yarımsonsuz fəzada gərginliyin paylanması” (“Stress Distributions Due to Concentrated Force on Viscoelastic Holf –Space”) məsələsinin timsalında metod nümayiş etdiriləcəkdir. Bununla bərabər, fırlanan qalın diskin deformasiyası haqqında özlüelastikliyin yeni sərhəd məsələsinin təqdim edilən metodla alınmış dəqiq həlli veriləcəkdir.

İclasa qoşulmaq üçün

https://us04web.zoom.us/j/2772952748

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 277 295 2748

Parol: amea2021

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər