29/04/2022
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən Ramazan Bayramı münasibətilə sözügedən müəssisədə çalışan əməkdaşlara sovqatlar paylanılıb.
İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadə , onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə milli- mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd edib. Vurğulayıb ki, Ramazan bizim mənəviyyatımızı möhkəmləndirir, xeyriyyə və qarşılıqlı yardım hissimizi inkişaf etdirir, bizə verilən nemətlərin qiymətini bilməyi və səbr etməyi öyrədir.
Sonda institutun oruc tutan əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.