14.01.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Vəli Məhərrəm oğlu Qurbanovun «Diferensial operatorların məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə spektral ayrılışların birgə yığılma məsələləri» mövzusunda məruzə edəcəkdir.
Məruzədə ixtiyarı tərtib adi diferensial operatora uyğun məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə müxtəlif funksional fəzalardan olan funksiyaların biortoqonal ayrılışlarının triqonometrik ayrılışla kompaktda birgə yığılmasından danışılacaqdır. Bundan başqa, birgə yığılma sürəti və ona diferensial operatorun əmsallarının təsiri haqqında məlumat veriləcəkdır.