Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-harmonik analiz” şöbəsinin müdiri Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman lu Bilalov “Qeyri-standart fəzalara görə elliptik tənliklərin həll olunma məsələlərinin bəzi xüsusiyyətləri” mövzusunda məruzə etdi.

Məruzədə elliptik tənliklərin qeyri-standart adlanan funksiyaların Banax fəzalarının normalarının doğurduğu Sobolev fəzalarına  nəzərən həll olunma problemlərinə həsr olunub. Mövcud vəziyyət haqqında qısa dəyərləndirmə aparılır, klassik fəzalar halından fərqli cəhətlər və bununla bağlı yaranan çətinliklər və xüsusiyyətlər haqqında məlumatlar verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər