14/01/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Vəli Qurbanov «Diferensial operatorların məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə spektral ayrılışların birgə yığılma məsələləri» mövzusunda məruzə edib.
Məruzədə ixtiyarı tərtib adi diferensial operatora uyğun məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə müxtəlif funksional fəzalardan olan funksiyaların biortoqonal ayrılışlarının triqonometrik ayrılışla kompaktda birgə yığılmasından danışılıb. Bundan başqa, birgə yığılma sürəti və ona diferensial operatorun əmsallarının təsiri haqqında məlumat verilib.