26/09/2013
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü il üçün müsabiqə elan etmişdi.
Müsabiqəyə 66 layihə təqdim edilmişdi. Təqdim olunan layihələrin ekspertizası məqsədilə Müsabiqə Komissiyası yaradılmış və Komissiyanın tərkibinə müsabiqədə elan olunmuş elm sahələri üzrə aparıcı alimlər daxil edilmişdi.
Müsabiqə Komissiyasının və ekspertlərin rəylərini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun İdarə Heyəti 12 sentyabr 2013-cü il tarixli qərarı ilə 36 layihəni qalib elan etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2013-cü il müsabiqəsində ekspertizadan müvəffəqiyyətlə keçmiş layihələrin arasında Riyaziyyat və Mexanika İnstitutunun 4 layihəsi vardır:
№ |
Layihənin adı |
Layihə rəhbərinin soyadı, adı, atasının adı |
Elmi müəssisə |
Sertifikat |
1 |
Böyük dərinliklərdə yerləşən mürəkkəb geoloji-fiziki xüsusiyyətlərə malik karbohidrogen yataqlarında neftveriminin artırılması üçün yeni üsulların hazırlanmasının elmi əsasları |
Hacıyev Akif Cəfər oğlu |
Riyaziyyat və Mexanika İnstitutu |
|
2 |
Riyazi statistika üsulları ilə quyuların optimal iş rejimlərinin operativ təyini üçün proqram təminatı |
Əliyev Qabil Qəribxan oğlu |
Riyaziyyat və Mexanika İnstitutu |
|
3 |
İkiqat gizli laya malik neyron şəbəkələrin neft hasilatının optimallaşdırılması məsələlərində rolu |
İsmayılov Vüqar Elman oğlu |
Riyaziyyat və Mexanika İnstitutu |
|
4 |
Neftqazçıxarmada və daşınmada istifadə olunan konstruksiya elementlərinin möhkəmlik xarakteristikalarının tədqiqi və konstruksiyanın optimal variantının seçilməsi |
Hacıyev Vaqif Camal oğlu |
Riyaziyyat və Mexanika İnstitutu |
|