Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

15 İyun  Milli Gurtuluş Günüdür


İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün  həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin görkəmli tarixi şəxsiyyətinə çevrilib. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş sivil dünya dövlətləri cərgəsinə çıxarmaq naminə bütün gücünü sərf edən bu dahi şəxsiyyət sonda öz istəyinə nail oldu. Çünki onun üçün canında çox sevdiyi Azərbaycanın qüdrətli dövlət olması yolunda amal, məqsəd var idi.

Bu gün Azərbaycan müstəqil ölkə kimi dünyanın qabaqcıl dövlətlərinin sırasındadır. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi kurs və dahi rəhbərin layiqli davamçısı, praqmatik dövlət xadimi İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz əldə olunan inkişafın nəticəsidir ki, 44 günlük Vətən müharibəsində xalqımız düşmən üzərində parlaq qələbə qazandı. Ulu Öndər hər zaman çıxışlarında bildirirdi ki, biz tarixi torpaqlarımıza mütləq geri dönəcəyik, biz ərazi bütövlüyümüz bərpa edəcək və düşmənə layiqli yerini göstərəcəyik. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuz erməni işğalçıları üzərində misli görünməmiş zəfərə imza atdı. Bütün bunlar isə tariximizin qürur səhifəsi olan Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi əbədi reallıqdır.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər