Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın “Cəbr və riyazi məntiq” şöbəsinin elmi işçisi Əliev Əli Sadıq oğlunun 75 yaşı tamam olur


27 iyun 2017 -ci ildə  “Cəbr və riyazi məntiq” şöbəsinin elmi işçisi Əliev Əli Sadıq oğlunun 75 yaşı tamam olmuşdur. Əli müəllim riyaziyyatçı olmaqla yanaşı ərəb dilini də mükəmməl bilir. İnstitutda işlədiyi müddətdə o, dahi soysaşımız N. Tusinin “Təcridul-mantıq” əsərini ərəb dilindən rus dilinə tərcümə etmişdir. Kitab 2015-ci ildə “Извлечение из логики” аdı ilə çap olunmuşdur. Hal hazırda Əli müəllim N. Tusinin “Arximedin “Kürə və silindr” əsərinə şərh” kitabının ərəb dilindən azərbaycan dilinə tərcüməsi üzərində işləyir. Tusi irsinin araşdırılması zamanı meydana çıxan ərəb dilindən zəruri tərcümələri Əli müəllim yerinə yetirir. Tərcümə işlərindən əlavə, Əli Əliev N.Tusinin riyaziyyat və məntiqə dair əsərlərinin tədqiqi ilə də məşğuldur. Onun bu sahədə məqalələri respublikamızda və ölkəmizdən kənarda nəşr edilir. O, həmçinin bir sıra Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Hörmətli Əli müəllim! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili mədəniyyətinizlə ünsiyyətdə olan hər bir insanın Sizə qarşı olan böyük hörmətini və ehtiramını qazanmısınız.

İnstitutun kollektivi Əli müəllimi 75 yaşı olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi – pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər