Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda xarici ölkələrdən dəvət olunmuş alimlərlə görüş keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda Türkiyənin Uşak Üniversitesinin rektoru, prof. dr. Ekrem Savaş, Koç Universitetinin professoru doktor Varqa K. Kələntarov və Mersin Universitetinin riyaziyyat departamentinin müdiri, professor Fəxrəddin Abdullayev, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professoru Viktor V. Savçukla görüş keçirilib.

Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqları salamlayaraq onları institutda görməkdən məmnun olduğunu bildirib. Alim rəhbərlik etdiyi elmi müəssisənin riyaziyyat və mexanika sahələrində optimal idarəetmə, cəbr və riyzai məntiq, fənnlər həllinin hesablama-informasiya texnologiyaları və digər əsas elmi istiqamətlərindən söz açıb. Həmçinin o, institutda aparılan multidissiplinar tədqiqatlar, elmtutumlu layihələr, əldə olunan mühüm elmi nəticələr və kadr hazırlığı barədə qonaqlara ətraflı məlumat verib və müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması, elmi müəssisələr arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində sözügedən ölkələrin elmi institut və tədqiqat mərkəzlərinin faydalı əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi, qarşıda duran prioritet elmi tədqiqat istiqamətləri müzakirə olunub. Sonra qonaqlar Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşərək yaradılacaq elmi əlaqələrin səmərəliyinə əminliklərini ifadə ediblər.

Daha sonra Uşak Üniversitesinin rektoru, prof. dr. Ekrem Savaş Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanova xatirə hədiyyəsi təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər