Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d, prof. Alik Malik oğlu Nəcəfovun 65 yaşı tamam olur


Alik Malik  oğlu Nəcəfov 01 iyul 1957-ci ildə Kürdəmir rayonunun Padar-Çöl  kəndində anadan olub. 1979-cu  ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1980-ci ildə təyinatla Şamaxı rayonunda orta məktəbdə müəllim kimi fəaliyyətə başlamış, 1981-1983-cü illərdə Azərbaycan EA RMİ-nun Xüsusi Konstruktor Bürosunda riyaziyyatçı-mühəndis, 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ali riyaziyyat” kafedrasında baş laborant, assistent, dosent hal-hazırda professor vəzifəsində çalışır. 2012-ci ildən həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsində əvvəlcə aparıcı, hal-hazırda baş elmi vəzifəsində çalışır.

Alik Malik oğlu Nəcəfov 1996-ci ildə 01.01.01-Riyazi analiz ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə isə 01.01.01-Riyazi analiz ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almış, 2002-ci ildə dosent, 2014-cü ildə isə professor elmi adını almışdır.

Hörmətli Alik müəllim! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili mədəniyyətinizlə ünsiyyətdə olan hər bir insanın Sizə qarşı olan böyük hörmətini və ehtiramını qazanmısınız.

İnstitutun kollektivi Alik müəllimi 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər