27/09/2022
Musayeva Tahirə Şakir qızı 27 sentyabr 1967-ci ildə Tər-tər rayonun Buruc kəndində anadan olmuşdur.
1988-ci ildə Baki Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olmuşdur.
1994-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitununa işə qəbul edilib. 1994-cü ildən Laborant, böyük laborant kiçik elmi işçi, 1999-cu ildən 2013-cu ilə qədər kardlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2013-cu ilin fervral ayından indiyə kimi mühəndis-proqramlaşdırıcı vəzifəsində işini davam etdirir.
İnstitutda dərc edilən elmi jurnallarının texniki redaktorudur.
Tahirə xanım yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. T.Musayevaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.
İnstitutun kollektivi Tahirə xanımı 55 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərli nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.