28.01.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Aslanova Nigar Məhər qızı “İkinci və dördüncü tərtib diferensial-operator tənliklər üçün sərhəd məsələlərinin spektrinin asimptotikasının və izlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir.
Məruzə qeyri-məhdud operator əmsallı diferensial ifadələrlə doğrulmuş ikinci və dördüncü tərtib diferensial operatorların məxsusi ədədlərinin asimptotikasının və requlyarlaşmış izlərinin tədqiqinə həsr olunmuşdur.