Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


14 oktyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası ( əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Samirə Oqtay qızı Rüstəmovanın “ Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu ” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər  Əliyev olmuşdur. Şurada iddiaçı Samirə Oqtay qızı Rüstəmova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Quliyev, riyaziyyat üzrə elmlər doktoru, professor  Mahir Səbzəliyev,  fizika-riyaziyyat elmlər namizədi, dosent  Elçin  Məmmədov, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər