29/10/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 oktyabr 2022-ci il tarixli iclasında saat 1400-da Aydın Şükür oğlu Şükürovun 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko sistemi tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Dissertasiya işi üzrə elmi məsləhətçi AMEA–nın müxbir üzvü, f-r.e.d., professor Bilal Telman oğlu Bilalovdur.
Rəsmi opponentlər
cıxış edərək iş haqqında müsbət rəylərini bildirdilər. Elmi şuranın üzvləri AMEA–nın müxbir üzvü, f-r.e.d., professor Misir Mərdanov, AMEA-nın həqiqi üzvu professor Yusif Məmmədov, f-r.e.d., professor Həmdulla Aslanov, f.r.e.d., professor Nizaməddin İsgəndərov, f-r.e.d., professor Bəhram Əliyev və başqaları çıxış edərək iş və iddiaçı haqqında öz müsbət fikirlərini bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.