28/10/2022
UFAZ elmi seminarı: Haute Alsace Universitetinin professoru Abdenacer Makhloufun 2 noyabr 2022, saat 16:30-da “Rota-Baxter operators on algebras and Beyond” adlı mühazirəsi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yerləşən Azərbaycan-Fransız Universiteti tədqiqat departmanetinin çərçivəsində elmin təbliği və müxtəlif sahələrdə araşdırmaların gücləndirilməsi məqsədi ilə həftəlik elmi seminarlar təşkil edir. Bu tip mühazirələr seminar iştirakçılarının müxtəlif mövzularda fikir mübadiləsi aparmalarına və tədqiqatçılar arasında mümkün əməkdaşlıq imkanlarınının artırılmasına şərait yaradır.
Növbəti mühazirə noyabrın 2-i tarixində saat 16:30-da Haute Alsace Universitetinin Riyaziyyat departamentinin rəhbəri Professor Abdenacer Makhlouf tərəfindən “Rota-Baxter operators on algebras and Beyond” mövzusunda ingilis dilində baş tutacaq.
Xahiş edirik rəhbəri olduğunuz müəssisədə magistr və doktorantura pilləsində təhsil alan tələbələri seminarda iştirak etməyə dəvət edəsiniz.
UFAZ elmi seminarlarına giriş sərbəstdir.
Daha ətraflı məlumat almaq və qeydiyyat üçün: [email protected] ilə əlaqə saxlaya bilərsiniz.
Ünvan: Nizami küçəsi 183
Mühazirə haqqında məlumatı qoşmada görə bilərsiniz.
Ətraflı mlumat üçün linkə daxil ola bilərsiniz
https://www.imm.az/exp/wp-content/uploads/2022/11/Abstract_Abdenacer-Makhlouf.pdf
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.