Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


15 noyabr 2022-ci il saat 1000 – da Ümuminstitutu seminarında “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Telman Məlikov “Hamar olmayan və cırlaşmaya malik variasiya məsələlərində ekstremum üçün zəruri şərtlər və yeni sinif məxsusi idarəedicinin optimallığı üçün zəruri şərtlər.”mövzusunda məruzə edəcəkdir.

Məruzədə klassik variasiya məsələsi üçün trayektoriyanın yeni variasiyası anlayışını daxil etməklə zəif və güclü minimum üçün zəruri şərtlərdən danışılacaq, bəzi xüsusi hallarda alınmış zəruri şərtlərdən məlum olan zəruri şərtlərin alındığı göstəriləcəkdir.

Eyni zamanda yeni sinif məxsusi idarəedici anlayışı daxil etməklə optimallıq üçün zəruri şərtlərdən, bu şərtlərdən xüsusi halda Kelli şərtinin alınmasından və alınmış zəruri şərtlərin mahiyyətcə Kelli şərtlərini gücləndiməsindən söhbət açılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər