Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin növbəti məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub


Türkiyənin Yıldız Texniki Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Surxay Əkbərovun və Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə Birləşmiş Krallığın nüfuzlu hesab edilən “Q1” kateqoriyalı “Waves in random and complex media” jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Taylor & Francis”ə məxsus 4,853 impakt faktorlu dərgidə işıq üzü görən məqalə “Maye ilə iki tərəfli kontaktda olan əvvəlcədən gərginləşmiş yüksək elastik lövhədə yayılan oxa simmetrik dalğaların dispersiyası” adlanır.

Məqalə ilə linkdən tanış olmaq mümkündür.

Faydalı linklər