Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dosent İradə Mirzəzadənin monoqrafiyası çap edilmişdir


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadənin “Artificial Intelligence in Problems Of Diagnostics And Monitoring” adlı monoqrafiyası Almaniyanın “LAP Lambert Academic Publishing GmbH & Co” nəşr evi tərəfindən çap edilmişdir. Qeyd etmək lazımdır ki, “LAP Lambert Academic Publishing GmbH & Co” baş bürosu Almaniyanın Saarbrücken şəhərində yerləşən “OmniScriptum Publishing Group” nəşr evi qrupunun tərkibindədir. Bu nəşr evi qrupunun həmçinin Moldova və Mavrikiyada filialları mövcuddur. “OmniScriptum Publishing Group” tərəfindən ildə 10 mindən çox elmi iş dərc edilir.

Monoqrafiyada son illər neft-kimya, qaz sənayesinin inkişafı nəticəsində bu sahələrdə istifadə edilən kimyəvi maddələr ilə zəhərlənmə hallarının artığı qeyd olunub. Belə ki, son illərin statistik məlumatlarına görə zəhərlənmə halları yayılması və müşahidə olunması tezliyinə görə ürək-damar, onkoloji xəstəliklərdən sonrakı yeri tutur. Bu baxımdan kimyəvi maddələrlə zəhərlənmələr fonunda dəm qazından zəhərlənmənin diaqnostikası, ilkin tibbi yardım və müalicə tədbirlərinin aparılması aktual məsələdir.

Monoqrafiyada mövzunun aktuallığı, bu tip məsələlərin həlli üçün informasiya texnologiyalarının tətbiqi, məsələnin qoyuluşu, işin məqsədi, tədqiqat üsulları, elmi yeniliyi, praktiki dəyəri, alınmış nəticələrin realizasiyası haqqında məlumat verilmişdir.

Monoqrafiyanın I fəslində informasiya texnologiyalarının tibbdə tətbiqi,  tibbi informasiya sistemlərinin analizi, intellektual sistemlər, ekspert sistemləri araşdırılmış.

II fəsildə həm ölkə ərazisində, həm də digər ölkələrdə dəm qazından zəhərlənmə hallarının epidemioloji vəziyyəti haqqında istinadlar ilə dolğun məlumat bazası təqdim edilmişdir.

Monoqrafiyanın III fəslində dəm qazı və oxşar simptomatikalı bir sıra toksiki maddələrlə zəhərlənmələrin diferensial diaqnostikası üçün riyazi təsnifat aparatı əsasında Bayes metodunun və neyron şəbəkələrin istifadə olunması əsaslandırılmışdır. Neyron şəbəkə mürəkkəb vəziyyətlərdə, yəni simptomatikanın oxşar olduğu bir sıra hallarda diferensial diaqnostikanın daha dəqiq  aparılması üçün tətbiq edilmişdir. Dəm qazı ilə zəhərlənmə hallarında diferensial diaqnostikanın aparılması üçün intellektual-informasiya sisteminin arxitekturası işlənmişdir.

IV fəsildə intellektual-informasiya sisteminin tərkib hissəsindən biri olan monitorinqin aparılmasının təşkilinə baxılmış və əsaslandırılmışdır. Göstərilmişdir ki, dəm qazı ilə zəhərlənmənin diaqnostikası ilə yanaşı monitorinqinin aparılmasının böyük əhəmiyyəti vardır.

Kitab haqqında geniş məlumatla aşağıdakı internet səhifələrində tanış olmaq olar:

https://www.morebooks.de/shop-ui/shop/product/978-620-5-51481-8

https://www.buchkatalog.de/artificial-intelligence-in-problems-of-diagnostics-and-monitoring-9786205514818

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər