06/12/2022
14.12.2022 12.00-da Riyaziyyat və Mexanika Institutunun “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova N.B “Lövhələrdə ulduzşəkilli çatların yayılması” mövzusunda çıxış edəcəkdir.
İşdə lövhənin qəfil tətbiq olunan hərtərəfli dartılmasının təsiri altında əmələ gələn ulduzşəkilli çatların dinamik yayılması problemi nəzərdən keçirilir.
Problem funksional invariant Smirnov-Sobolev həllərindən istifadə etməklə həll edilir. Problemin dəqiq analitik həlli tapılır.
Arzu edənlər iştirak edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.