11/01/2023
Riyaziyyat həyatımızın mərkəzi bəlkə də ən qəliz nöqtəsidir. Kiminsə bezərək çözdüyü tənliklər, bir başqalarının zövq aldığı məsələlər, misallar. Heç düşünmüsünüzmü, niyə tənliklərdə məhz “X” istifadə olunur?! Məhz bu “X” fransız René Dekartın icadıdır.
Biz də məktəbdə riyaziyyatı məhz Dekart sistemi üzrə öyrənirik. Uzun illər riyazi tənliklərdə məchul rəqəmlər A,B və C kimi adlandırılıb. Həmin dövrdə çap makinası belə yox idi. Rəqəm və hərfləri qutulardan çıxarıb, vərəqlərin üzərinə qoyurdular. Bir saata səhifənin yalnız 100 işarəsini rənglə həkk etmək olurdu. Bu çətin prosesdə hərf və rəqəmlərin rəngi tez bitirdi.
Ən maraqlısı isə odur ki, eyni anda bir neçə kitab hazırlanırdı. Odur ki, ən çox istifadə olunan hərflərin qıtlığı yaşanırdı. Buna görə də çapla məşğul olan mütəxəssislər Dekarta məsləhət görürlər ki, tənlikləri üçün fransız əlifbasının ən az istifadə olunan hərflərindən- X,Y və Z-dən istifadə etsin. Beləliklə Dekart rəqabətdə digər həmkarlarını geridə qoyaraq kitablarının daha sürətli çapına nail oldu. O dövrdən bəri elm və texnika nə qədər inkişaf etsə də Dekartın rəqəmləri dünya standartına çevrildi.