Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri sərgidə nümayiş etdirilib


Yanvarın 18-də AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası  keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, fizika elmləri doktoru, dosent Sakin Cabarov, Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın vitse-prezidentləri, Rəyasət Heyətinin üzvləri, eləcə də FRTEB-in Elmi şurasının üzvləri, bölmənin elmi müəssisələrinin baş direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təşkil edilən sərgidə tədbir iştirakçıları ETN Riyaziyyat və Mexanika İnstitutunun  istiqamətində aparılan elmi-tədqiqat, elmi-innovasiya işlərinin nəticələrini əks etdirən elmi əsər və kitablar, jurnal və bukletlərlə tanış olublar. Qonaqlara dövlət proqramları çərçivəsində aparılan işlərin nəticələri, institut tərəfindən keçirilmiş konfrans, tədbir, seminarlar, institut əməkdaşlarının tanınmış elmi jurnallarda dərc olunmuş əsərləri haqqında ətraflı məlumat verilib.

2022-ci ildə Riyaziyyat və Mexanika elmi-tədqiqat işləri  üzrə 7 elmi istiqaməti, 17 mövzu (12-si riyaziyyat, 5-i mexanika), 95 iş (73 riyaziyyat, 22 mexanika) və 92 iş, 3 mərhələ tamamlanmışdır. İnstitutda yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə  8 mühim elmi  nəticə  əldə edilib.

İnstitutda çalışan 196 işçidən 5 nəfəri AMEA-nın müxbir üzvü, 46 nəfəri elmlər doktoru, 60 nəfəri isə fəlsəfə doktorudur.

İnstitutun mütəxəssislərinin yaratdıqları “Layda qazəmələgətirmə texnologiyası” Azərbaycanda və Vyetnam Sosialist Respublikasında tətbiq edilmişdir. “Binagadi Oil Company” şirkətində 222710, 222802, 222811 və 232907 №-li istismar və su vurucu quyularında neftçıxarmanın intensivləşdirilməsi və qəbuletmənin artırılması məqsədilə tətbiq olunmuş və nəticədə 30-35% effekt alınmışdır. Həmçinin Vyetnam Sosialist Respublikasında “Vietsovpetro” şirkətinə məxsus DSP-7 və DSP-5 stasionar platformalar arasında mürəkkəb həndəsi quruluşa malik qaz kəmərinin təmizlənməsi üçün institutun mütəxəssislərinin yaratdıqları innovativ “Boru kəmərlərinin gel kompozisiyaları ilə təmizlənməsi” texnologiyası uğurla sınaqdan keçirilib.

Hesabat ilində institut əməkdaşları tərəfindən – 149 məqalə (83-ü xaricdə), 148 tezis (53-ü  xaricdə), 4 monoqrafiya (2-si xaricdə), 3 kitab (1-i xaricdə), 24 elmi populyar məqalə olmaqla, cəmi 328 elmi iş nəşr edilib. Məqalələrin 78-i “Web of Science” 73-ü “Scopus” bazalarında yüksək impakt farktorlu və indeksləşən beynəlxalq jurnallarda dərc edilib. İl ərzində institut əməkdaşlarının əsərlərinə 2000-dən çox istinad olunub.

İnstitutda dissertanturada 20 nəfər təhsil almış, onlardan fəlsəfə doktoru 13 nəfər, 7 nəfər elmlər doktoru hazırılığı üzrədir. İnstitutun nəzdindəki fəaliyyət göstərən ED 1.04 dissertasiya şurasında 17 nəfər dissertasiya işlərini müdafiə etmişdir, onlardan 6-sı elmlər doktoru, 11-isə fəlsəfə doktorudur.  İnstitutun elmlər doktoru hazırlığı üzrə  6 doktorantı, fəlsəfə doktoru hazırlığı üzrə 11 dissertantı və 15 magistrantı var.

Riyaziyyat və Mexanika İnstitutunun  təşkilatçılığı ilə 1 beynəlxalq elmi konfrans keçirilib. Konfransda 12 müxtəlif ölkədən dəvət olunan mütəxəssislərin məruzələri dinlənilib.  İnstitutda 2 beynəlxalq-müştərək və 2 yerli qrant layihə üzrə elmi tədqiqat işləri davam etdirilmişdir. Bundan əlavə, müəssisədə ixtisaslı kadrların hazırlanması, məktəblilər arasında elmin təbliği və istedadlı gənclərin elmə cəlb olunması istiqamətində müvafiq işlər aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər