Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi” mövzusunda məruzə etdi.

Məruzə, bütün fəzada və üçölçülü zolaqda maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsinə həsr edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər