Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

28 yanvar Məlumatların Mühafizəsi Günüdür


28 yanvar dünyada Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. 1981-ci ildə məhz bu tarixdə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edib. Bu günün qeyd olunmasında məqsəd fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatların mülkiyyətçi və operatorlarının öhdəliklərinə, o cümlədən subyektlərinin hüquqlarına diqqəti cəlb etməkdir.

Azərbaycan Avropa Şurasının həmin konvensiyasına 2009-cu ildə qoşulub. “Fərdi məlumatlar haqqında” qanunu tətbiq edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  4 iyul 2010-cu il tarixində imzalanmış fərmanda öz əksinin tapıb.

Fərdi məlumatlardan dövlət idarəçiliyində, tibb və təhsil sahələrində, alış-veriş və səyahət zamanı, İnternet və mobil telefon xidmətlərindən istifadə edərkən davamlı olaraq istifadə olunur. Lakin insanların çoxu fərdi məlumatların emalı ilə bağlı risklərdən və şəxsi məlumatların qorunması hüquqlarından xəbərsizdirlər. Çox vaxt onlar hüquqlarının pozulması halında nə edəcəklərini bilmirlər və fərdi məlumatların mühafizəsi üzrə milli strukturların rolundan xəbərsizdirlər.

Şəxsi məlumatların ələ keçirilməsinə dair dünya üzrə statistikaya  görə ABŞ – 1-ci, İngiltərə -2-ci, Rusiya -3-çü yerdədir. Qeyri qanuni yolla ələ keçirilən informasiyaların 65% məhs  fərdi məlumatlarıdır, 26%-  isə konversiya sirlərini özündə əks etdirən informasiyalardı.

Qeyd etməliyik ki, şəxsi məlumatların qorunması gününün beynəlxalq səviyyədə qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bu məsələyə yönəltməklə neqativ hallara qarşı mübarizə mexanizmlərini gücləndirməkdir. Məlumatların qeyri qanuni yolla ələ keçirilməsi və yayılmasının geniş vüsət alması bu gün dünya miqyasında narahatlıq doğuran ciddi problemlərdən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər